Ukraynanın Xarkov şəhərində baş vermiş dəhşətli piyadavurma hadisəsi kameraya düşüb. Avtosfer.az xəbər verir ki, görüntülərdə piyadalar keçiddən keçir və avtomobillər gözləyir. Qəfildən "Land Cruiser" markalı avtomobilin sürücüsü maşını piyadaların üstünə sürür. Keçiddə olan 13 yaşlı iki yeniyetməni vurur. Ardınca isə təkərə ilişən piyadanı sürüyür.
Bir az irəlilədikdən sonra avtomobili dayandırır. Hətta arxaya verərək vurduğu piyadanın təkərin altından çıxmasını gözləyir. Ətrafdakılar köməyə qaçan zaman sürücü tam sakit şəkildə avtomobildən düşür və heç nə olmamış kimi sadəcə yerdə qalan piyadalardan birinə baxır.
Hadisə ilə bağlı araşdırma aparan polis sürücünün narkotik vasitələrin təsiri altında olduğunu müəyyən edir. Faktla bağlı cinayət işi açılıb və sürücü həbs olunub. Qəzanın vidosunu təqdim edirik:
Leyla
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man