“Rusiya sülhməramlılarına xəbərdarlıq edilməlidir” – Qabil Hüseynli

15 Noyabr 2021 | 15:38
OXUNUB: 1198
Son bir həftə ərzində Qarabağın rus sülhməramlılarının nəzarətində olan hissəsindəki qanunsuz erməni silahlı qruplaşmalarının və sərhəddə Ermənistan ordusunun təxribatları ara vermir.
 
Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Qabil Hüseynli deyib ki, indiki halda hissi davranmamalı, təmkinli olub ermənilərin ard-arda diplomatik səhvlər etməsini gözləməliyik:

"Aydın məslədir ki, rəsmi Bakı hər şeyi yaxşı görür və dərk edir. Ordumuz onsuz da hər an döyüşə hazır vəziyyətdədir. Xüsusilə, son günlər Ermənistan-Azərbaycan dövlət sərhədində törədilən təxribatlara verilən adekvat reaksiyalardan bunu bir daha görə bilərik. Lakin ordumuza arxayın olub ermənilərin istədiyi kimi provokasiyalara uymamalıyıq.
 
Məsələ ondadır ki, rəsmi İrəvan bütün hallarda Qərbin və Rusiyanın diqqətini regiona çəkmək, digər qüvvələri prosesə cəlb etmək istəyir. Buna yol verə bilmərik. Onsuz da istər Qarabağda, istərsə də sərhəddə baş verən istənilən təxribat cəhdi onların özü üçün ziyanlıdır. Rəsmi Bakı bundan istifadə edərək əks tədbirlər görə bilər və görür də. Azərbaycanın son təxribatın ardınca Qafan-Çakaten yolunda sərhəd və gömrük nəzarəti tətbiq etməsi bunu bir daha sübut edir”.
 
Politoloqun fikrincə, anti-terror əməliyyatının vaxtı artıq yetişməkdədir:

"Rusiya sülhməramlılarına ciddi xəbərdarlıq etmək lazımdır. Azərbaycan hərbçisinə qumbara atan terrorçunun separatçılara verilməsi qəbuledilməzdir. Rusiya anlamalıdır ki, bütün bunlar məsələlərin dinc yolla həllinə kölgə salır və antiterror əməliyyatını qaçılmaz edir”.
 
Turan Rzayev
 
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man