Gələn il dünya şpris çatışmazlığı ilə üzləşə bilər - Azərbaycan buna hazırdırmı?

15 Noyabr 2021 | 09:44
OXUNUB: 765
Ümumdünya Səhiyyə Təşkilatı növbəti ildə dünya ölkələrinin koronavirusa qarşı peyvənd üçün istifadə olunan tibbi şprislərin çatışmazlığı ilə üzləşə biləcəyi ilə bağlı xəbərdarlıq edib.

Məlumatda qeyd olunub ki, cari ildə dünyada koronavirus əleyhinə dünyada 6,8 milyarddan çox peyvənd vurulsa da, hazırda il ərzində 6 milyard şpris istehsal olunur. Vaksinasiyanın sürətləndirildiyi nəzərə alınaraq, 2022-ci ildə 2 milyard ədəd şpris çatışmazlığı yaşana biləcəyi proqnozlaşdırılır.

Bəs Azərbaycanda şpris ehtiyatı nə qədərdir və bu istiqamətdə hansı zəruri tədbirlərin görülməsi nəzərdə tutulub?

Sfera.az xəbər verir ki, Səhiyyə Nazirliyindən Səhiyyə Nazirliyinin İnnovasiya və Təchizat Mərkəzindən bildirilib ki, Səhiyyə Nazirliyinə tabe olan müəssisələrdə belə qıtlıq müşahidə olunmur və kifayət qədər şpris ehtiyatı var.

Məsələyə İcbari Tibbi Sığorta Üzrə Dövlət Agentliyindən də aydınlıq gətirilib.

"Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyindəki tibb müəssisələrində şpris təminatında problem yoxdur. Belə ki, tibb müəssisələrində kifayət qədər şpris ehtiyatı var", - deyə məlumatda qeyd olunub.
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man