Bakıda yanacaqdoldurma məntəqəsində məişət üçün istifadə olunan qaz balonunu dolduran sürücü yol polisi tərəfindən saxlanıb. Avtomobili idarə edən sürücünün nümayəndəsi bu barədə “Düzgün Hərəkət” verilişinə müraciət edib. Avtosfer.az xəbər verir ki, mebel şirkətininin sürücüsü şirkətə məxus avtomobillə yanacaqdoldurma məntəqəsinə daxil olaraq məişətdə istifadə olunan qaz balonunu dolduran zaman yol polisləri onun hərəkətini videoya çəkib. Sürücü YDM-dən çıxdıqdan sonra yol polisi əməkdaşları onu dayandıraraq təhlükəli yüklərin daşınmasının qadağan olunduğunu bildirib və avtomobili DYP-nin 17 saylı mühafizə olunan duracağa yerləşdiriblər.
Məsələ ilə bağlı hüquqşünas Ərşad Hüseynov bildirib ki, burada təhlükəli yüklərin daşınmasından söhbət gedə bilməz: “Nazirlər Kabinetinin 10 saylı qərarında konkret yazılıb ki, bu tipli qaplaşdırılmış təhlükəli yükləri az miqdarda, qeyri-kommersiya məqsədi ilə daşımaq təhlükəli yüklərin daşınması kimi hesab olunmur. Buna görə də İnzibati Xətalar Məcəlləsinin 348-ci maddəsi bu məsələyə şamil olunmur. Ümumiyyətlə burada inzibati xəta tərkibi yoxdur və belə bir qayda pozuntusu olarsa buna görə nəqliyyat vasitəsinin mühafizə olunan duracağa yerləşdirilməsi də qanunda nəzərdə tutulmayıb”.
Sürücünün müraciətini və hüquqşünas Ərşad Hüseynovun açıqlamasını tam şəkildə təqdim edirik:
Təbriz
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man