Bakıda avtomobil piyadanı vuraraq öldürüb

Yol qəzaları 17 Noyabr 2021 | 10:36
OXUNUB: 312

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Avtosfer.az-ın əldə etdiyi məlumata görə, hadisə noyabrın 16-sı saat 07 radələrində paytaxtın Nizami rayonu, M.Əliyev küçəsində qeydə alınıb.

Belə ki, Ələsgərov Səbuhi Qalib oğlu idarə etdiyi “Hyundai Elantra” markalı avtomobillə piyada Zeynalov Hüseynəli Vaqif oğlunu vurub. Nəticədə yaralı hadisə yerində ölüb.

Faktla bağlı Nizami Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) cinayət işi başlanılıb, istintaq aparılır.

“Report”

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man