Məktəb avtobusu qatarla toqquşdu - 3 ölü, 9 yaralı

Yol qəzaları 16 Noyabr 2021 | 22:00
OXUNUB: 1919

Pakistanın Pəncab əyalətində qatar məktəb avtobusuna çırpılıb.

Unikal.org xəbər verir ki, qəza nəticəsində 3 şagird ölüb, 9 nəfər isə yaralanıb.
 
Bildirilib ki, Şeyxupura şəhərində Jaranvaldan Lahora gedən qatar məktəb avtobusuna çırpılıb. Qəzadan sonra hadisə yerinə təcili yardım və xilasetmə qrupları sövq edilib.

Xəstəxanaya çatdırılan yaralı tələbələrdən 3-nün vəziyyətinin ağır olduğu öyrənilib.

Səlahiyyətlilər tərəfindən verilən açıqlamaya görə, qəzanın baş verdiyi nöqtədə keçid olmadığı, məktəb avtobusunun nəzarətsiz şəkildə dəmir yoluna girdiyi bildirilib. Qəzadan sonra avtobus sürücüsünün hadisə yerindən qaçdığı məlum olub. 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man