Yol polisi Lənkəranda maarifləndirici tədbir keçirib - FOTO

İctimai nəqliyyat 16 Noyabr 2021 | 15:10
OXUNUB: 501

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə 5 saylı tam orta məktəbdə “Narkomaniyaya yox deyək!” mövzusunda maarifləndirmə tədbiri təşkil edilib.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, əvvəlcə tədbir iştirakçıları narkotik vasitələrin səbəb olduğu fəsadlar və acı təsirləri barədə videoçarxı izləyiblər. Çıxış edən Lənkəran ŞRPŞ-nin rəis müavini, polis polkovnik-leytenantı Elmir Dəmirçiyev narkomaniya əleyhinə aparılan işlərin hər zaman diqqət mərkəzində olduğunu, bu istiqamətdə məqsədyönlü tədbirlərin həyata keçirildiyini nəzərə çatdırıb. Qeyd edib ki, Daxili İşlər Nazirliyinin və yerli polis orqanlarının əməkdaşları bu istiqamətdə ciddi əməliyyat-istintaq tədbirləri görməklə yanaşı, həm də yeniyetmə və gənclərlə vaxtaşırı maarifləndirici görüşlər də keçirirlər. Əsrin bəlası olan narkomaniyaya qarşı mübarizəni təmin etmək məqsədilə belə tədbirlərin keçirilməsi mühüm əhəmiyyətə malikdir. Bu səbəbdən məktəblərdə, təlim-tərbiyə müəssisələrində, ayrı-ayrı kollektivlərdə izahat və maarifləndirmə işləri müntəzəm aparılmalı, hər bir şagird təhsilə və idmana diqqətli yanaşmalı, vətənpərvər olmalı, valideynlərinin və dövlətimizin onlara bəslədiyi etimadı doğrultmağa çalışmalıdır.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man