Bakıda nişanlanma xətti ilə svetofor arasında olan ziddiyət sürücülərdə çaşqınlıq yaradıb. Bir neçə sürücü bu barədə redaksiyamızın qaynar xəttinə müraciət ünvanlayıb. Avtosfer.az həmin ərazidə çəkiliş apararkən ziddiyətin olması öz əksini tapıb. Belə ki, paytaxtın Mətbuat prospektində (Məmməd Rəhim küçəsi ilə kəsişmədə) sol zolaqda hərəkət düzünə təşkil edilib. Hətta zolaqlar üzrə hərəkəti bildirən 1.18 nişanlanması təkrarlanıb. Lakin svetoforun əsas bölməsi ilə yanaşı, sola əlavə bölməsi də mövcuddur.
Qeyd edək ki, hərəkətin bu cür təşkil edilməsi qanunvericiliyə ziddir. Sürücülər arasında çaşqınlığa səbəb olacaq bu cür səhvlər yolverilməz hesab olunur. Əslinə yolda hərəkət edən sürücülər bu cür tapmaca doğuran hallarla üzləşməməlidir. Sürücünün funksiyası nişanı vaxtında qavramaq və ona əməl edərək təhlükəsiz şəkildə avtomobil idarə etməkdir. Lakin sözügedən küçədə hərəkət edən sürücü bu uyğunsuzluğu görən zaman hansı istiqamətə gedəcəyi halda ona cərimə yazılmayacağı ilə bağlı oturub xeyli düşünməlidir...
Təbriz Yusubov
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man