Azərbaycanda bu il 1 800-dən çox avtomobil istehsal olunub

Nəqliyyat xəbərləri 16 Noyabr 2021 | 12:43
OXUNUB: 418

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 1 862 vahid minik avtomobili istehsal olunub.

Avtosfer.az-ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu, ötən ilin analoji dövrü ilə müqayisədə 24,4% çoxdur.

Təkcə oktyabr ayında 346 vahid avtomobil buraxılıb ki, bu da sentyabr ayı ilə müqayisədə 14,6% çoxdur.

Qeyd edək ki, noyabrın 1-nə hazır avtomobil ehtiyatı 365 vahid təşkil edib.

Xatırladaq ki, 2020-ci ildə Azərbaycanda minik avtomobillərinin istehsal 17,4% azalaraq 1 949 vahid təşkil edib. Ötən il minik avtomobillərinin istehsalında azalma koronavirus pandemiyası çərçivəsində ölkədə tətbiq olunan karantin rejimi ilə əlaqədar olub. Belə ki, 2020-ci ilin aprelindən ölkədə minik avtomobillərinin istehsalı dayandırılıb. İstehsal yalnız iyunda bərpa olunub.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man