Yol polisi sürücülərə müraciət etdi: "Hər kəs avtomobildə bunu saxlamalıdır"

İctimai nəqliyyat 15 Noyabr 2021 | 20:30
OXUNUB: 59278

"Qəzalar zamanı xəsarət alan şəxslərin köməyinə hər zaman təcili tibbi yardım briqadaları çatır, amma bu ana kimi yaralı şəxsin köməyinə hər bir insan gələ bilər". Bunu Avtosfer.az-a Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin inspektoru, polis baş leytenantı Pərvanə Muradova sürücülərə tövsiyyə edərək bildirib. O, qeyd edib ki, tibbi personalın ilkin yardımına kimi maşınlarda olan tibbi çantalardan istifadə etmək mümkündür. "Çox təssüflər olsun ki, qəzalar zamanı çox vaxt bu çantalardan istifadə edilmədiyinin şahidi oluruq. Niyə kimisə xilas etmək imkanınımız ola-ola ondan istifadə etmirik? Çünki çoxu bu çantaları avtomobilinə qoymağa belə etinadsız yanaşır.
Profilaktik tədbirlərdə apardığımız müşahidə zamanı bəzi sürücünün maşınında tibbi çantalar olmur, olanların bir qismi bunun mahiyyətini anlamır və "nəyə lazımdır" deyirlər. Çox hallarda isə bəzi sürücülər "tibbi çantam var" deyib ondan illər uzunu istifadə belə etmir və tibbi çantaların içərisində vaxtı keçmiş dərman preparatları saxlayır.
Ona görə də hər ayın sonu həmin prepartlar istifadə müddətinin bitib-bitməməsinə, yararlığına nəzər salınması məsləhətdir.
Bakı Şəhər Dövlət Yol Polisi olaraq bir daha sürücülərə müraciət edirik ki, idarə edilən nəqliyyat vasitələrində komplekləşdirilmiş dərman qutuları olmalıdır. Əgər komplekləşdirilmiş dərman qutuları idarə edilən nəqliyyat vasitəsində yoxdursa, bu hal inzibati məsuliyyət yaradır.

Hər halda, cərimədən də əsas insanın sağlamlığdır. Çünki heç kim, qəzadan
sığortalanmayıb. Odur ki, ehtiyyatınızı əldən verməyin".

 

Orxan

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man