Paytaxtın Biləcəri qəsəbəsində, DSK 4 yolu adlanan ərazidə sürücülərin əks istiqamətə çıxaraq qayda pozması barədə dəfələrlə videolar yayımlamışıq. Avtosfer.az-a bu barədə sürücülər şikayət edərək videogörüntülər təqdim edir. Bu dəfə isə 99 TL 147 dövlət nömrə nişanlı, "Chevrolet" markalı avtomobilin xanım sürücüsü əks istiqamətə çıxaraq təhlükə yaradır. Eyni zamanda digərləri tıxacda gözlədiyi halda sürücü bu hərəkəti ilə vəziyyəti daha da çətinləşdirir.
Xatırladaq ki, Dövlət yol Polisi adıçəkilən ərazidə son 1 həftədə 12 sürücüyə İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən 60 manat və 3 bal cərimə tətbiq edib. Yəqin ki, bu xanım sürücü də cərimədən nəsibini alanlardan olacaq.
Sürücülərin bir daha diqqətinə çatdırırıq ki, qayda pozmasınlar. Ola bilər ki, ərazidə kameralar və yol polisi olmasın. Amma ictimai nəzarət daim üzərinizdədir.
Fərid
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man