“Yolu nəzərdə tutulmayan yerdən keçərkən təhlükə altında qoyduğu həyatının, habelə onu sağ-salamat yola salıb evdə qayıtmağını gözləyən ailə üzvlərinin dəyərinin hər şeydən üstün olduğunu yaxşı bilən bu insanların etiraf edəcəkləri başqa sözlər var – özünə, doğmalarına, bütövlükdə isə cəmiyyətə münasibətdə səhlənkarlıq, etinasızlıq və məsuliyyətsizlik".
Bunu Avtosfer.az-a Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşı, polis moyoru Araz Əsgərli deyib. O, bildirib ki, ümumilikdə piyadavurma hadisələrinin 90%-dən çoxu məhz piyada keçidlərindən kənarda baş verib. “Yol hərəkəti iştirakçılarının böyük bir hissəsini təşkil edən piyadaların yolu nəzərdə tutulmayan yerlərdən keçməsi hələ də özlərinin və başqalarının həyat və sağlamlığına qarşı biganəliyin hökm sürdüyündən xəbər verir.
Göründüyü kimi, piyada keçidlərində onların vurulması az hallarda qeydə alınıb. Lakin öz təhlükəsizliyinin etibarlı təmin olunması üçün istər nizamlanan, istərsə də nizamlanmayan piyada keçidlərindən istifadə edən piyadalar belə, yoldakı sürət həddini, hərəkətin intensivliyini, hava və görmə şəraitini, sürücülərin nəqliyyat vasitəsini dayandıra biləcəyini nəzərə almalı, bir sözlə, tam diqqətli olmalıdırlar".
Nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, təcrübədə piyadaların təqsiri üzündən baş vermiş yol-nəqliyyat hadisələrinin araşdırılması heç də asan olmur. “Sürücülər adətən qəza zamanı sığorta ödənişinin həyata keçirilməsi, eyni zamanda bu halın daha ciddi məsuliyyətə səbəb olduğunu bildikləri üçün hadisə yerindən yayınmaqda maraqlı olmurlar. Amma çox vaxt sürücülər qəzanın baş verməsinə bilavasitə şərait yaradan piyadaları sadəcə məzəmmət etməklə kifayətlənir, onların hadisə yerindən yayınmasının qarşısını almağa və hüquqi məsuliyyətə cəlb olunmasına cəhd göstərmirlər.
Piyadalar isə yanlış olaraq düşünür ki, onların təqsiri üzündən baş vermiş istənilən yol-nəqliyyat hadisəsi zamanı maksimum 20 və ya 40 manat məbləğində cərimə oluna bilərlər. Lakin hərəkət iştirakçılarının, xüsusilə də piyadaların diqqətinə çatdırmaq istərdik ki, qanunvericiliyin tələbinə əsasən əgər hər hansı yol qəzası piyadaların yol hərəkəti qaydalarını pozmaları nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına, yaxud onun ölümünə səbəb olarsa, artıq o, cinayət məsuliyyətinə cəlb olunacaq.”
Avtosfer.az olaraq bu sahədə təbliğat işini davam etdiririk. Paytaxtda məsuliyyətsizlikdən baş verən piyadavurma hadisələrindək ikisini diqqətinizə çatdırırıq. Baxın və siz diqqətli olun.
Orxan Əli
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man