Dörd yol ayrıcında qəza: “FORD” “Mercedes”ə girdi - FOTO

Yol qəzaları 15 Noyabr 2021 | 10:06
OXUNUB: 1026

Bakının Nərimanov rayonunda yol-nəqliyyatı hadisəsi baş verib.

APA xəbər verir ki, yol qəzası Aşıq Molla Cümə küçəsində qeydə alınıb.

Dörd yol ayrıcında “STOP” nişanına məhəl qoymayan “FORD” markalı minik avtomobilinin sürücüsü nəqliyyat vasitəsi ilə digər yola keçərkən kəsişmədən keçən “Mercedes” markalı nəqliyyat vasitəsi ona çırpılıb.

Zərbənin gücündən “FORD” yolayrıcı betona və işıq dirəyinə dəyib. Qəza nəticəsində “Mercedes”in sürücüsü Ağamir Məmmədov xəsarət alıb.

Hadisə şahidləri isə baş verən qəzanı ərazidə işıqforun olmaması və küçənin işıqlandırılmaması ilə əlaqələndirib.

Ramil Quliyevin APA-ya verdiyi məlumata görə, iki gün əvvəl bu ərazidə oxşar qəza baş verib.

Faktla bağlı əraziyə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşaları cəlb edilib. Avtoekspertiza təyin edilib.

Dörd yol ayrıcında qəza:“FORD” “Mercedes”ə girdi - FOTO Dörd yol ayrıcında qəza:“FORD” “Mercedes”ə girdi - FOTO

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man