Abşeron rayonunda yol polisi əməkdaşlarının qanuni tələbinə məhəl qoymayan sürücü həbs edilib. Avtosfer.az xəbər verir ki, 90-TM-311 qeydiyyat nişanlı "VAZ-2114" markalı avtomobilin sürücüsü oktyabrın 29-da Masazır qəsəbəsində yol hərəkəti qaydalarını pozduğuna görə yol polisi əməkdaşları tərəfindən ona "saxla" işarəsi verilib. Sürücü buna məhəl qoymadan hərəkətinə davam edərək qaçmağa çalışıb. O, "Yeni Bakı" yaşayış kompleksinə doğru hərəkət edərək ərazidən uzaqlaşıb.
Axtarış tədbirləri nəticəsində sürücünün kimliyi müəyyən edilib. Belə ki, sürücü Qubadov Cəlal Cəlil oğlu barəsində toplanmış materiallar aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib. O, törətdiyi əmələ görə oktyabrın 30-da məhkəmənin qərarı ilə 20 gün müddətinə inzibati qaydada həbs edilib.
Təbriz
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man