DYP sürücülərə müraciət etdi: Hər kəs izləsin! - VİDEO

İctimai nəqliyyat 14 Noyabr 2021 | 19:30
OXUNUB: 42564

Baş Dövlət Yol Polisi İdarəsi sayrışan işıqlarla bağlı fiziki və hüquqi şəxslərə müraciət edib. Avtomobillərini belə işıqlarla icazəsiz təchiz edən sürücülər qanunu pozmaqla yanaşı, avtomobil yollarında təhlükəli vəziyyət yaradırlar. Bəs belə şəxsləri hansı cəza gözləyir?

Avtosfer.az xəbər verir ki, avtomobillərinə sayrışan işıqları icazəsiz quraşdıran sürücülərə xəbərdarlıq edilib.

Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Namidan Piriyev  bildirib ki, son vaxtlar avtomobil yollarında hərəkətdə olarkən qabaq hissəsində göy və ya qırmızı rəngli sayrışan işıqlarla təchiz olunmuş nəqliyyat vasitələrinə tez-tez rast gəlinir. Şöbə rəisi qeyd edib ki, sürücülər qanunu pozmaqla yanaşı, digər hərəkət iştirakçılarına da mane olurlar.

Müvafiq orqanın icazəsi olmadan sayrışan işıqlarla təchiz olunmuş nəqliyyat vasitələrinin sahibləri qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

Şöbə rəisi əlavə edib ki, bu pozuntuları yerində aradan qaldırmaq mümkün olmadıqda, nəqliyyat vasitəsi mühafizə olunan duracağa yerləşdirilir. Məsələyə hüquqi qiymət verilməsi üçün məhkəmə orqanlarına müraciət olunur və cərimənin tətbiqi isə məhkəmənin verdiyi qərara uyğun şəkildə müəyyən edilir. Baş dövlət yol polisi hüquqi və fiziki şəxsləri bu kimi hallara yol verməməyə çağırır. Əks təqdirdə belə qanun pozuntularına yol verən şəxslər barəsində göstərilən inzibati tənbeh tədbirləri tətbiq ediləcək.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man