Loukosterlə uçanda nəyə diqqət olunmalıdır? - XƏRCLƏR CƏDVƏLİ

Maraqlı 14 Noyabr 2021 | 11:15
OXUNUB: 590

Aşağı büdcəli aviaşirkətlər səyahət imkanlarını daha da artırıb. Daha çox Avropada məşhur olan “low-coster”lər iş prinsipinə görə klassik aviaşirkətlərdən fərqlənir. Əsas fərq odur ki, tam xidmət göstərən aviaşirkətlərdə bütün xidmətlər qiymətə daxil olsa da, aşağı büdcəli aviaşirkətlərdə belə deyil. Bu səbəbdən onlarda qiymət daha ucuzdur. Eyni zamanda, büdcəli aviaşirkətlər aeroportlardan xüsusi endirim və vergi güzəşti alırlar. Misal üçün, WizzAir-in bir sərnişinə görə aeroporta ödədiyi aeroport xərcləri və vergi birlikdə təxmini 8-13 avrodur. Bu Bakıda, Kutaisidə, Odessada, London və Parisdə də eyni məbləğdir.

Bəs, “low-cost” aviaşirkətlə uçan zaman hansı detallara diqqət etmək lazımdır?

Necə etmək lazımdır ki, aeroportda arzuolunmaz xərclərlə qarşılaşmayasınız?

İlk yadda saxlamalı məqam odur ki, bu tip aviaşirkətlərin əsas qazancı əlavə xidmətlərin satışından formalaşır. Yəni bilet alanda ödənişə daxil olmayan xidmətləri sonradan sizə satmağa çalışırlar. Nəzərə alın ki, əlavə xidmətləri uçuşdan öncə onlayn alsanız daha sərəfəli olacaq. Sərişinlərin adətən əlavə pul ödədikləri xidmətləri WizzAir, RyanAir və Buta Airways-in hazırda olan minimum tarifləri ilə aşağıdakı cədvəldə göstərmişik:

 

 

WizzAir

RyanAir

Buta Airways

Uçuşa qeydiyyat-ı (check in) onlayn deyil aeroportda               etsəniz

35 avro

55 avro

“Budget” tarifində

3 avro

 

Öncədən baqaj almayıb aeroportda alsanız (20 kq)

55 avro

70 avro

25 avro

Hər əlavə 1 kq üçün

11 avro

11 avro

artıq çəkili baqajlar əlavə

baqaj kimi hesablanır, 25 avro

Uçuşu dəyişdirmək

31-41 avro və qiymət fərqi ödənilir

35-95 avro arası və  qiymət fərqi ödənilir

 

uçuş müddətinə 24 saata qalmışa kimi

sinifdən asılı olaraq tarifin

50-75%-i qədər cərimə və qiymət fərqi ödənilir

 

Uçuşu ləğv etmək

yanız 15-20 avro dəyərində administrativ xərclər və vergilər geri ödənə bilər

60 avro cərimə ilə

uçuş müddətinə 24 saat qalmışa kimi

sinifdən asılı olaraq tarifin 75-50%-ə qədər cərimə hesablanmaqla məbləğ geri qaytarıla bilər

 

Təyyarədə yer seçimi

4-32 avro

3-28 avro

sadə yerlər pulsuz, ön sıra və qəza çıxışı yerləri 15-25 avro

Qidalanma

sadə su 2.5 avro, çay 3 avro, kofe 3.5 avro, ən ucuz sendviç 4.5 avro    

sadə su, çay və kofe 3 avro, ən ucuz sendviç 4.5 avro

sadə su pulsuz, çay 0.5 avro, kofe 0.7 avro, mini pizza 2 avro

Beləliklə, ən vacib əlavə xərcləri qeyd etdik. Uçuş zamanı diqqətli olun ki, əlavə xərcləriniz çıxmasın.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man