Polis əməkdaşına xəsarət yetirərək məsuliyyətdən yayınmaq istəyən sürücü saxlanılıb.
Bu barədə Avtosfer.az-a Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin təbliğat üzrə inspektoru, polis leytenantı Rüstəm Əhmədli məlumat verib.
Bildirib ki, polis əməkdaşına xəsarət yetirməklə, yayınmaq istəyən "Opel Astra" markalı, 99 NT 712 dövlət qeydiyyat nişanlı avtomobilin sürücusü Məmmədov Şirxan Alik oğlu aşkarlanaraq saxlanılıb.
Saxlanılan zaman sürücünün psixatrop maddələrin təsiri altında nəqliyyat vasitəsini idarə etdiyi aşkar olunub. Sürücünün verdiyi izahat və toplanmış sənətlər əsasında Nəsimi rayon məhkəməsinə təqdim edilib. Nəsimi rayonunda baş tutmuş məhkəmədə hakim tərəfindən sürücü Məmmədov Şirxan Alik oğlu 2 (iki) ay inzibati həbs və 1 (bir) il sürücülük hüququndan məhrum edilib.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man