İranda mədən işçilərini daşıyan avtobus aşıb.
APA-nın Tehran bürosunun xəbərinə görə, yol qəzası İsfahan əyalətində baş verib.
Molla Əhməd şəhəri istiqamətində hərəkət edən avtobus qəzaya uğrayıb.
Qəza nəticəsində 29 nəfər xəsarət alıb. Onlardan ikisinin vəziyyəti ağırdır. Yaralılar xəstəxanaya çatdırılıb.
Qəzanın başvermə səbəbi açıqlanmayıb.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man