Sosial şəbəkələrdən uzaqlaşmaq üçün 8 addım

Maraqlı 13 Noyabr 2021 | 09:00
OXUNUB: 770

Bəzən sosial şəbəkələr xoş anlardan daha çox bir yükə çevrilir. Onlarda nəzarətsiz vaxt keçirmək sinir sistemini həddən artıq yükləyə, diqqəti dağıda və vacib işlərdən yayındıra bilir. Ona görə də, zaman-zaman, heç olmasa profilaktika üçün özünüzə rəqəmsal detoks seansları təşkil etməkdə fayda var.

 

Kaspersky cihazdan səriştəli istifadəyə aparan 8 addımı təklif edir:

 

Addım 1. Xəbər lentində təmizlik aparın: Hərdən olur ki, keçmiş sinif və ya kurs yoldaşınız birdən-birə sanskritlə məşğul olmağa başlayır və gündə 10 dəfə həmin dildə qədim müdriklərdən kəlamlar paylaşır və ya çoxdan üzv olduğunuz bir retro avtomobil həvəskarları qrupunun sahibi dəyişir və yalnız reklam postları yerləşdirməyə başlayır. Keçmişlə yaşamayın, cəsarətinizi toplayın və qrupu izləməyi dayandırın!

 

Addım 2. Silmək istəmirsinizə, səssizə qoyun: Dostunuzun qrupundan çıxmaq və ya “sonra” üçün saxladığınız mağazanın profilini silmək istəmirsiniz? Onda “səsini almağı” sınayın. Əksər sosial şəbəkələrdə səhifəni tərk etmədən ondan gələn yenilikləri gizlətmək olur. Münasibət üçün narahat olmağa dəyməz: “səssizə qoyulmuş” dostunuzun sizin bu qərarınızdan xəbəri olmur.

 

Addım 3. Ünsiyyəti mərkəzləşdirin: Sosial şəbəkələr əlbəttə ki, təkcə xəbər lentindən ibarət deyil, həm də dostlar, qohumlar və həmkarlarla ünsiyyət vasitəsidir. Amma əgər dialoqlarınız bir neçə şəbəkəyə səpələnibsə, hətta sizə yazan olmasa belə gələn mesajlar qutusunu yoxlamaq xeyli vaxtınızı ala bilər. Tanışlarınızla sizi harada axtarmaq lazım olduğu barədə danışmağı sınayın və yazışmalarınızı 1-2 şəbəkədə mərkəzləşdirin. Bununla digər şəbəkələrin mesaj bölümünü vacib mesajları buraxmaq qorxusu olmadan daha gec-gec yoxlaya bilərsiniz.

 

Addım 4. Artıq şeyləri ekrandan yığışdırın: Elə olubmu ki, hava proqnozuna baxmaq üçün telefonu götürmüsünüz, FB nişanını görmüsünüz, onu bir neçə saniyəlik açmısınız və iki saatdan sonra hələ də ondan uzaqlaşa bilməmisiniz? Belə olmasın deyə sosial şəbəkə ikonlarını gözdən uzaq yerə qoyun, məsələn, xüsusi bir qovluğa yığın və ya üçüncü və ya dördüncü ekrana yerləşdirin. Bununla, cəlbedici işarələr gözünüzün önündə olmayacaq və özünüzü vərdiş halını almış lent yeniləmək məşğuliyyətindən daha asanlıqla uzaqlaşdıracaqsınız.

 

Addım 5. Bildirişləri söndürün: Sosial şəbəkəni təsadüfən vərdişkar toxunuşla açmamaq üçün, bütün günü xəbər lentini bilərəkdən yeniləməyə və hətta tətbiqin işarəsini ortadan qaldıra bilərsiniz. Amma sosial şəbəkə yeni paylaşım haqqında bildiriş göndərirsə, ekranın yuxarısındakı “şirnikləndirici” pəncərəyə toxunursunuz, sonrası isə sizə məlumdur. Vacib şeylərə köklənmək üçün artıq bildirişləri söndürün. Bunu iOS, macOS, Windows 10 və Android əməliyyat sistemlərində etməyə kömək edəcək ətraflı təlimat hazırlamışıq.

 

Addım 6. “Ekran vaxtı” təyin edin və ya əvəzedici proqram yükləyin: Gün ərzində sosial şəbəkələrdə və messencerlərdə boş-boş gəzişdiyinizi anlamaq, artıq bir şeyləri dəyişdirməyin vaxtı gəldiyini bildirir. Əgər öz rəqəmsal vərdişləriniz barədə həqiqəti bilməkdən qorxmursunuzsa, bu işdə sizə xüsusi alətlər kömək edəcək. Özünə nəzarət tətbiqlərini rəsmi mağazalarda asanlıqla tapmaq olar. Hətta heç nə yükləməyə ehtiyac yoxdur: smartfonun quraşdırmalarında “Ekran vaxtı” (iOS-da) və ya “Rəqəmsal rifah” (Android-də) funksiyasını aktivləşdirin. Statistikanı göstərən vidceti görə biləcəyiniz bir yerə - ana ekrana və ya menyu səhifəsinə yerləşdirin: bununla özünüzə daha asanlıqla nəzarət edəcəksiniz.

 

Əgər tək rəqəm kifayət etmirsə, sistem və ya tətbiqi elə quraşdırın ki, o sosial şəbəkələri yalnız öncədən müəyyən edilmiş vaxtda və məhdud dəqiqələr müddətində açmağa icazə versin.

 

Addım 7. Fasilə verin: İstənilən başlanğıcda ən vacibi və əslində ən çətini yeni vərdiş formalaşdırmaqdır. Vaxtınızı daha çox alan tətbiqlərdən bir neçə həftəlik imtina etməyi sınayın. Daha asan olsun deyə, təsəvvür edin ki, rabitə cihazı və internet olmadan səfərə çıxmısınız.

 

Bir variant kimi həqiqətən də ailə və dostlarla birgə, məsələn, dağ gəzintisinə getmək və İnternetsiz dincəlmək olar. Çox güman ki, informasiya axınından uzaqda olmaqla vərdişlərinizdə bir dəyişim baş verəcək və lenti müntəzəm olaraq yeniləmək sizə elə də vacib bir məşğuliyyət kimi görünməməyə başlayacaq.

 

Addım 8. Tətbiqi və ya profilinizi silin: Əgər bir öncəki üsullar arzuladığınız rəqəmsal azadlığı əldə etməyə kömək etmədisə, məsələyə daha radikal yanaşmaq mümkündür, məsələn, tətbiqi və ya birdəfəlik hesabın özünü silmək olar. Narahat olmayın, paylaşımlar, yazışmalar və şəkillərinizi itirməyəcəksiniz. Praktiki olaraq bütün sosial şəbəkələrdə bütün məlumatları saxlayaraq profili deaktiv etmək mümkündür: bizdə Snapchat, Facebook, Instagram, Twitter üçün ətraflı təlimatlar var.

 

Əgər sizdə hər şey alındısa, demək ki, şəxsi zamanınızı nəzarət altına alıb ondan düzgün istifadə etməyə başlamısınız. Amma təhlükə tam sovuşmuş sayılmır: ola bilər ki, beyniniz öz köhnə vərdişlərinə qayıtmağa cəhd etsin. Əgər bir neçə aydan sonra özünüzü gecə saat üçdə tanımadığınız bir insanın paylaşımının altındakı şərhlərdə inanılmaz vacib bir mövzunu müzakirə edərkən görsəniz, sadəcə yuxarıda sadaladığmız addımları təkrarlayın

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man