Bu il istehlak məhsullarının 90 faizi BAHALAŞIB

11 Noyabr 2021 | 12:01
OXUNUB: 721
Bu il xarici və daxili amillərin təsiri ilə qiymət artımları həm sürətinə, həm də əhatə dairəsinə görə fərqlənib. 

Sfera.az Mərkəzi Bankın açıqladığı məlumatlara istinadən bildirir ki, istehlak səbətinə daxil olan 519 adda mal və xidmətin 90 faizinin (467 vahid) qiyməti 2021-ci ilin yanvar-sentyabr ayları ərzində artıb. Yalnız 3 faiz, yəni 16 mal və xidmətdə ucuzlaşma qeydə alınıb, qalanlarında isə qiymətlər dəyişməyib. 

Mal və xidmətlərin 74-də və ya 14,26 faizində bahalaşma sürəti 10 faizi ötüb. 

Bahalaşma 57 mal və xidmətdə 8-10 faiz, 210 məhsulda 4-8 faiz, 126 məhsulda 0-4 faiz təşkil edib. Məhsulların təxminən 37-də (7 faiz) qiymətlər sabit qalıb. 

Mərkəzi Bankın şərhinə əsasən, ölkəmizdə inflyasiya daha çox dünya əmtəə bazarlarında ərzaq məhsulları üzrə əhəmiyyətli qiymət artımları, başlıca ticarət tərəfdaşları olan ölkələrdən yüksək "inflyasiya idxalı”, beynəlxalq təklif və logistika zəncirində mövcud olan problemlərdən qaynaqlanıb. Bununla belə dövlət tənzimlənməsi tətbiq edilən qiymət və tariflərin liberallaşdırılması kimi xərc amilləri də inflyasiya proseslərinə əhəmiyyətli təsir edib.
 
Mərkəzi Bank hesab edir ki, bu proseslər fonunda mövcud makroiqtisadi sabitlik platforması inflyasiyanın artımını məhdudlaşdıran amilə çevrilib. Əlverişli tədiyyə balansı, yüksələn neft qiymətləri proqnozu, milli valyutanın məzənnəsinin dayanıqlığı və onun antiinflyasiyon rolu, həyata keçirilən konservativ monetar siyasət bu platformanın başlıca elementləri olub. 

Mövcud vəziyyət əhalidə inflyasiya gözləntilərini gücləndirib. İnflyasiya gözləntisinin artmasına faktiki inflyasiyanın dinamikası da təsir edib. Sentyabrda aparılan sorğulara görə ev təsərrüfatlarının 80%-i inflyasiya gözləyir, o cümlədən 24,5%-i inflyasiya tempinin daha da yüksələcəyini düşünür.

Vasif
Sfera.az

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man