Azərbaycanda polis əməkdaşları qəzaya düşüb, ölən və yaralanan var - FOTO

İctimai nəqliyyat 12 Noyabr 2021 | 10:00
OXUNUB: 2310

Oğuz rayonunda baş verən yol qəzasında ölən və yaralanan şəxslərin polis əməkdaşı olduğu məlum olub. Məlumata görə, qəzada ölən 1995-ci il təvəllüdlü Şamxal Sərdar oğlu Seyidəliyev və xəsarət alan 1998-ci il təvəllüdlü İbrahim Nizami oğlu Səfərov Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları imiş. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Mənsimov "Report"a faktı təsdiqləyib.

08.09

Oğuz rayonunda ölümlə nəticələnən yol qəzası baş verib. Hadisə səhər saatlarında Oğuz-Şəki avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Rayonun Filfilli kənd sakini, 1995-ci il təvəllüdlü Şamxal Sərdar oğlu Seyidəliyev idarə etdiyi "Mercedes" markalı avtomobillə hərəkətdə olarkən maşın yol kənarındakı ağaca çırpılıb. Hadisə nəticəsində gənc sürücü aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb. Onun sərnişini, rayonun Yemişənli kənd sakini, 1998-ci il təvəllüdlü İbrahim Nizami oğlu Səfərov müxtəlif xəsarətlərlə Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man