Deputat:"Azərbaycana elektrik mühərrikli avtomobillər gətirilməlidir"

Nəqliyyat xəbərləri 11 Noyabr 2021 | 16:14
OXUNUB: 1828

"Azərbaycana elektrik mühərrikli avtomobillərin gətirilməsi və ya ölkədə istehsalı ilə bağlı müəyyən addımlar atmağa ehtiyac var".

Avtosfer.az-ın xəbərinə görə, bunu deputat Asim Mollazadə noyabrın 11-də Milli Məclisin Gənclər və idman, Əmək və sosial siyasət, Aqrar siyasət, Regional məsələlər, Təbii ehtiyatlar, energetika və ekologiya komitələrinin birgə iclasında gələn ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlərin müzakirəsi zamanı deyib.

Deputat bildirib ki, ətraf mühitə ən çox zərər vuran avtomobillərdir: “Azərbaycanda elektrik mühərrikli avtomobillərin həm idxalı, həm də istehsalı ilə bağlı müəyyən addımlar atılmalıdır. Hesab edirəm ki, Gəncə Avtomobil Zavodunda ictimai nəqliyyatda istifadə olunan elektrik mühərriklərinin istehsalı üçün imkan var. Burada dövlət tərəfindən də müəyyən dəstək ola bilər. Elektrik mühərrikli avtomobillərin ölkəyə gətirilməsi ilə bağlı güzəştlər müəyyən edilərsə, bu da bir stimul ola bilər. Əgər biz özümüz hələlik bunu istehsal edə bilmiriksə, ölkəyə idxalını stimullaşdırmalıyıq".

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man