Bezosla Mask arasında çəkişmə ABŞ-ın Aya astronavt göndərmə missiyasını bir il geri saldı

Maraqlı 11 Noyabr 2021 | 19:15
OXUNUB: 428

ABŞ-ın sabiq prezidenti Donald Tramp administrasiyasının planlaşdırdığı kimi, amerikalı astronavtların 2024-cü ildə Aya enməsi texniki cəhətdən mümkün deyil.

Bunu çərşənbə axşamı mətbuat brifinqində NASA rəhbəri Bill Nelson etiraf edib.

Onun sözlərinə görə, NASA bir neçə mərhələdən ibarət olan “Artemida” Ay proqramının həyata keçirilməsi üçün qrafiki irəli çəkmək qərarına gəlib. Beləliklə, “Orion” kosmik gəmisinin ekipajla birlikdə Ay ətrafında uçuşunu 2024-cü ilin mayından gec olmayaraq gözləmək olar (İlkin olaraq bu mərhələnin 2023-cü ildə həyata keçirilməsi planlaşdırılırdı).

ABŞ Kosmik Agentliyinin direktorunun sözlərinə görə, gecikmə koronavirus pandemiyası, həmçinin Ayın eniş aparatının hazırlanmasının İlon Maskın “SpaceX” şirkətinə verilməsi ilə əlaqədar Ceff Bezosun “Blue Origin” şirkətinin məhkəmə müraciəti ilə əlaqədardır.

“Biz məhkəmə çəkişmələrində demək olar ki, yeddi ay itirdik. Bu, yəqin ki, ilk (planlaşdırılmış) eniş mərhələsini ən azı 2025-ci ilə qədər təxirə saldı”, - deyə Nelson izah edib.

O, həmçinin bildirib ki, indi, astronavtların Ay səthinə enməsindən əvvəl modulun ekipajsız endirilməsi planlaşdırılır.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man