Bakıda 20 metrlik şam ağacı “Mercedes”in damına aşdı - FOTO/VİDEO

Yol qəzaları 11 Noyabr 2021 | 12:54
OXUNUB: 808

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə güclü külək səbəbindən Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsindəki ağacın avtomobilin üzərinə aşması barədə məlumat daxil olub.

Nazirlikdən Avtosfer.az-a verilən məlumata görə, dərhal hadisə yerinə Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, hündürlüyü təqribən 20 metr olan şam ağacı güclü küləyin təsirindən aşaraq yolun kənarında dayanan “Mercedes” markalı minik avtomobilinin üzərinə düşüb və küçədə nəqliyyatın hərəkətində məhdudiyyətin yaranmasına səbəb olub.

Xilasedicilər xüsusi alət və avadanlıqlardan istifadə etməklə aşmış ağacın ərazidən kənarlaşdırılması və küçədə nəqliyyatın hərəkətinin bərpasını təmin ediblər.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man