Bakıda sosial şəbəkələrdə yayılan videoda motosiklet sürücüsünün qanunsuz hərəkətləri ilə bağlı polis araşdırma aparıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Avtosfer.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdiyi müvafiq tədbirlər nəticəsində həmin şəxsin kimliyi müəyyənləşib.
Məlum olub ki, həmin şəxs 99-C-734 nömrəli motosikleti idarə edən Əli Hidayətzadə olub.
O, səhvini etiraf edib.
Ə.Hidayətzadə barəsində toplanmış materiallar məhkəməyə göndərilib.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man