DYP-dən küləkli hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ

İctimai nəqliyyat 10 Noyabr 2021 | 19:02
OXUNUB: 1390

Paytaxt ərazisində davam edən küləkli hava şəraiti ilə əlaqədar olaraq Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi sürücülərə xəbərdarlıq edib. 

Bu barədə Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli məlumat verib. 

O bildirib ki, kəskin hava şəraiti ilə əlaqədar olaraq nəqliyyat vasitələrini təhlükəli ərazilərdə park etməsinlər:

“Yollarda diqqəti artırsınlar. Moped və motosikl tipli nəqliyyat vasitələrindən, eləcə də yük maşınlarından istifadə edən şəxslər hərəkətlərini məhdudlaşdırsınlar. Sadalanan nəqliyyat vasitələri mövcud hava şəraiti üçün olduqca əlverişsizdir və təhlükəlidir.

Sürücülər, piyadalar və digər hərəkət iştirakçıları küləkli hava şəraitini nəzərə alaraq, hündürmərtəbəli binaların, ağacların yanından hərəkət edərkən diqqətli olsunlar. Ehtiyac olmadığı təqdirdə hərəkətlərini məhdudlaşdırsınlar”.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man