Ermənistanın Zəngəzur vilayətində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində 1 hərbçi ölüb, 2 nəfər yaralanıb.
Avtosfer.az xəbər verir ki, qəza İrəvan-Meğri avtomobil yolunun 222-ci km-liyində baş verib.
Məlumata görə, 30 yaşlı Sarkis Z.-nın idarə etdiyi “Opel Zafira” markalı avtomobil qarşı tərəfin yoluna çıxıb. Nəticədə maşın bir neçə dəfə aşıb. Yaralılar hospitala yerləşdirilib.
Hərbçi Ermənistan Müdafiə Nazirliyinin hərbi hissələrindən birində qulluq edirmiş.
Faktla bağlı araşdırma aparılır.
“Report”
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man