Məşhur serialın rejissoru təsdiqlədi: Ardı çəkiləcək

Maraqlı 10 Noyabr 2021 | 20:15
OXUNUB: 398

Cənubi koreyalı rejissor Hvan Don Xök “Squid Game” serialının davamını çəkəcəyini təsdiqləyib.

O, “Associated Press” agentliyinə müsahibəsində tamaşaçılardan gələn tələb üzərinə başqa yolunun olmadığını bildirib.

Rejissor ikinci mövsümün ideyasının artıq başında olduğunu və hazırda çəkilişləri planlaşdırdığını bəyan edib. Onun sözlərinə görə, “Squid Game 2”-nin süjeti baş qəhrəman Son Qi Hunla bağlı olacaq.

“O, qayıdaraq dünya üçün nə isə edəcək”, - deyə Hvan vurğulayıb.

Qeyd edək ki, “Squid Game” “Netflix” platformasının ən populyar seriallarından biri kimi tarixə düşüb.

Mənbə: apnews.com

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man