Səbail rayonu, Bayıl dairəsi (8-ci polis bölməsinin qarşısı) istiqamətində 3 aydır ki, acınacaqlı vəziyyət yaşayır. Bu barədə Avtosfer.az-a ərazidə yaşayan sakinlər şikayət ünvanlayıb. Bildirilir ki, təxminən 3 ay əvvəl ərazidə yolların təmirinə başlanıldı. İlk olaraq bu addım sakinləri çox sevindirib. Amma sevincləri uzun sürməyib. Belə ki, köhnə asfaltın üz qatı qaşınıb və aparılıb. Ondan sonra isə ərazidə təmir işləri dayanıb.
Sakinlər deyir ki, sanki kiməsə qaşınmış asfalt lazım olduğu üçün bu işi görüblər. Artıq yağışlar başladığından ərazidə ciddi fəsadlar yaranır. Bu vəziyyətdən xüsusilə sürücülər əziyyət çəkir. Gecə saatlarında yolda yaranan çuxurlar görünməz olur və bu da avtomobillərə ciddi ziyan vurur.
Sakinlər deyir ki, ərazidə təmir işlərini hansı qurumun apardığından xəbərsizdilər. Amma bu vəziyyətin uzun müddət davam etməsi artıq ciddi fəsadlar yaradıb. Aidiyyəti qurumları isə burdakı hal deyəsən ümumiyyətlə maraqlandırmır. Ərazidən çəkilmiş videogörüntüləri təqdim edirik:
Fərid
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man