Azərbaycanda qeyd olunan Zəfər Gününün ildönümü ilə əlaqədar Nikaraquanın Dövlət televiziyası TN8 və Globo TV NIC də xüsusi reportaj efirə gedib. Reportaj məhz Zəfər Gününə həsr olunub.
Sfera.az xəbər verir ki, reportajda qeyd olunub ki, 44 gün davam edən və Dağlıq Qarabağ da daxil olmaqla işğal altındakı Azərbaycan ərazilərin qaytarılması ilə nəticələnən Vətən Müharibəsi Azərbaycan tarixinin ən parlaq səhifəsinə və Azərbaycan xalqının qürur mənbəyinə çevrildi.
Reportajda həmdə Qafqaz - İberoamerika Düşüncə Mərkəzinin sədri Mahir Qurbanovun Zəfər Günü ilə bağlı fikirləri də yer alıb.
M.Qurbanov qeyd edib ki, "Azərbaycan xalqı öz liderinin - müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi ",- deyə reportaj da qeyd olunur.
Sonda isə Nikaraqua Dövlət televiziyası Nikaraquanı hər zaman Azərbaycanın yanında olacağını bildirərək, bir daha Qarabağ Azərbaycandır dedi!