Cəlilabadda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, hadisə noyabrın 8-də saat 23 radələrində Cəlilabad rayonunun Alar kəndi ərazisində qeydə alınıb. Belə kİ, kənd sakinləri T.Bayramovun idarə etdiyi “VAZ-21214” və İ.Rəsulovun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub. Nəticədə T.Bayramovun sərnişini Adəm Əlizadə xəstəxanaya yerləşdirilib və noyabrın 9-da orada ölüb.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man