Bakının Sabunçu rayonunda avtoqəza zamanı iki nəfər xəsarət alıb.
APA xəbər verir ki, yol qəzası Kürdəxanı qəsəbəsində qeydə alınıb.
1976-ci il təvəllüdlü Əlizadə Əli İsmayıl oğlu idarəetməsində olan “Hyundai” markalı nəqliyyat vasitəsi ilə manevr etmək istəyən zaman Qasımov Ədalət Hidayət oğlunun sükanı arxasında olduğu “Mercedes” ona çırpılıb. Qəza nəticəsində hər iki sürücü xəsarət alaraq 3 saylı şəhər xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man