Bakıda dünən yayılan görüntülərlə bağlı - Açıqlama - VİDEO

İctimai nəqliyyat 09 Noyabr 2021 | 23:30
OXUNUB: 2391

Zəfər Günü sosial şəbəkələrdə Bakıda özünü qazi kimi təqdim edən şəxslə yol polisi arasında mübahisəni əks etdirən görüntülər yayılıb.

Görüntülərdə sükan arxasında əyləşən hərbi geyimli sürücünün polis polkovniki ilə mübahisə etdiyi görünür. Belə ki, polis sürücüdən avtomobili ərazidən çıxarmasını tələb etsə də, qarşı tərəf bununla razılaşmır.

Yayılan görüntülərlə bağlı Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov saytımıza bildirdi ki, həmin sürücünün qazi olması ilə bağlı şübhəsi yoxdur: “Qazi olsa belə, tələbləri yerinə yetirməlidir. Demişəm, araşdırma aparsınlar. Bu məsələ ilə bütün ictimaiyyət maraqlanır. Dünən elə bu geyimdə xeyli yol-nəqliyyat hadisəsi baş verib. Hərbi formada olanların bəziləri ilə belə mübahisələr olub. Qaziyə yaraşmayan hərəkətlər olmaz. Qazi paltarını geyinən, gərək tələblərə uyğun hərəkət eləsin”.

Həmin görüntüləri təqdim edirik:

 

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man