BNA Bakıda qanunsuz parkinqlərlə bağlı bir sıra qurumlara müraciət edib

Yeniliklər 09 Noyabr 2021 | 19:04
OXUNUB: 1966

Cari ilin ötən dövründə Bakı Nəqliyyat Agentliyi (BNA) təqdim etdiyi layihə əsasında 25 küçə və prospektdə səkilər yenidən standarta uyğun qurulub.

BNA-dan Avtosfer.az-a verilən məlumatra görə, piyada səkisi olmayan bir çox küçələrdə yeniləri inşa edilib, ehtiyac olan yerlərdə səkilər genişləndirilib. Nəticədə 45 km uzunluğunda səkilərin davamlığı təmin edilib. Hazırda səkilərin bərpa işləri Ş. Mehdiyev küçəsindən Tbilisi prospekti istiqamətində aparılır. Yaxın günlərdə isə Ə.Haqverdiyev küçəsində analoji işlərə başlanılacaq:

"Lakin təəssüf ki, bəzən küçə və prospektlərdə, xüsusən də səkilərinin olmadığı yerlərdə piyadaların hərəkəti çətinləşdirilir. Xəzər rayonu A.İldırım küçəsində olduğu kimi. Səkinin olmadığı bu ərazidə piyadalar üçün şərait yaratmaq əvəzinə asfalt örtük döşənərək qanunsuz parkinq yeri təşkil edilir. Bu isə piyadaların hərəkətini daha da çətinləşdirməklə yanaşı həm də təhlükə riskini də artırır.

Bir çox hallarda bu kimi işlər müvafiq qurumların birbaşa iştirakı ilə görülür. Bunu nəzərə alaraq bütün aidiyyəti qurumları piyada təhlükəsizliyinin təmin edilməsi, piyadalar üçün uyğun şəraitin yaradılması üçün əməkdaşlığa dəvət edirik".

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man