Bayden bu həftə yanacağın qiymətlərini endirmək üçün tədbirləri açıqlaya bilər

Yeniliklər 09 Noyabr 2021 | 12:20
OXUNUB: 532

Bu həftə ABŞ prezidenti Co Bayden, OPEC-in hasilatı artırmaq istəməməsinə baxmayaraq, ölkədə neft məhsullarının qiymətlərinin aşağı düşməsinə kömək edəcək tədbirlərlə bağlı açıqlama ilə çıxış edə bilər. 

Marja xəbər verir ki, bu barədə bazar ertəsi ABŞ-ın energetika naziri Cennifer Qranholm bildirib.

“O, hamıdan (neft ixrac edən ölkələrdən-red) tədarükün artmasını görmək istəyir, lakin əlində olan digər alətləri də nəzərdən keçirir. Ümid edirik ki, bu həftə bir bəyanat olacaq", - Qranholm verdiyi müsahibəsində deyib.

Həmçinin o qeyd edib ki, Ağ Ev rəhbərinin dünya bazarında qiymətlərə təsir etmək üçün məhdud "alətlər dəsti" var. 

Nazir ölkədə yanacağın qiymətinə təsir edəcək konkret tədbirləri açıqlamayıb.

Xəbər verdiyimiz kimi, ötən cümə axşamı keirilmiş iclasda OPEC+ razılaşmasının ölkələri, idxalçıların, ilk növbədə ABŞ-ın neft hasilatını daha çox artırmaq çağırışlarına baxmayaraq, ayda 400 min bareldən çox olmayan neft hasilatını bərpa etmək planına sadiq qaldılar. Rusiya və Səudiyyə Ərəbistanının ortaq mövqeyi ondan ibarətdir ki, indiki şəraitdə tələbin azalması və qiymətlərin düşə biləcəyi səbəbindən neft hasilatını daha çox artırmaq mümkün deyil.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man