Qaxda qəza baş verib , avtomobillər meşəlik əraziyə aşıb - FOTO

Yol qəzaları 06 Noyabr 2021 | 16:00
OXUNUB: 7400

Qax rayonunda yol qəzası baş verib.

"Report"un  məlumatına görə, hadisə bu gün günorta saatlarında Qax-Zaqatala avtomobil yolunun rayonun Süskənd kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, eyni istiqamətdə hərəkətdə olan "BMW-X5" və "Hyundai" markalı avtomobillər toqquşub. Nəticədə hər iki avtomobil yol kənarında olan meşəlik əraziyə aşıb. Zərbənin gücündən hər iki avtomobil yararsız vəziyyətə düşüb.

Hadisə yerinə Təcili Tibbi Yardım briqadası və yol polis əməkdaşları cəlb olunub. Hadisə nəticəsində xəsarət alanların olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man