Azərbaycan polisi Zəfər Günü ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçir

İctimai nəqliyyat 06 Noyabr 2021 | 15:42
OXUNUB: 2740

"Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədar olaraq noyabrın 8-i və 9-da Daxili İşlər Nazirliyin əməkdaşları gücləndirilmiş iş rejimində xidmət aparacaqlar. Məqsəd vətəndaşlarımızın bayramları təhlükəsiz və rahat şəkildə qeyd etmələrinə şərait yaratmaqdır".

Bunu Avtosfer.az-ın sorğusuna cavab olaraq DİN-in Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov deyib.

Onun sözlərinə görə, daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov polisin gücləndirilmiş iş rejiminə keçməsi ilə bağlı əmr imzalayıb.

"Vətəndaşlarımızdan bir daha xahiş edirik ki, bayram şənlikləri zamanı öz sağlamlıqlarını da unutmasınlar. Pandemiya ilə bağlı maskadan düzgün istifadə etməklə sosial məsəfəni gözləsinlər, bir-biriləri ilə yaxın təmasdan çəkinsinlər", - E.Zahidov bildirib.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man