Dövlət Yol Polisi radio və televizya əməkdaşları təbrik edib. İdarədən Avtosfer.az-a daxil olan məlumatda deyilir:
"Yol hərəkətin təhlükəsizliyinin təbliği, cəmiyyət üçün həyati əhəmiyyət kəsb edən ciddi ictimai məsuliyyət hissi aşılayan məlumatların çatdırılmasında müstəsna xidmətləri olan radio və televizya kollektivlərinin hər bir üzvünü Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin şəxsi heyəti adından təbrik edirik!
Bu ilin cari dövrü ərzində radio və televizya imkanlarını bizə təqdim edən bu fədakar insanların əməyi nəticəsində vətəndaşlarımız üçün 200-dən artıq xəbər xarakterli, 100-ə yaxın canlı qoşulma imkanı, 40-dan çox tematik verlişlər, gündəlik radio efirinə qoşulma imkanları təqdim edən insanların əməyi və bizə olan dəstəyi danılmazdır.
Xüsusən son illərdə pandemiya ilə əlaqədar gündəlik məlumatların, eləcə də hərbi vəziyyətlə əlaqədar komendant saatının tətbiqi kimi məsələlərlə bağlı lazımi informasiyaları vaxtında əhaliyə çatdırılmasını daim diqqətdə saxlayıblar.
Sizə bu çətin, şərəfli və olduqca əziyyətli işinizdə uğurlar və can sağlığı arzu edirik!"
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man