Bakıda dəhşətli piyadavurmaların REAL VİDEOLARI +16

Nəqliyyat TV 05 Noyabr 2021 | 21:48
OXUNUB: 16766

"Son 9 ayda baş verən yol qəzalarının 50 faizdən çoxu piyadavurma hadisələrdir ki, nəticədə 80-dən çox insan dünyasını dəyişib."
Bunu Avtosfer.az-a açıqlamasında Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşı, polis mayoru Araz Əsgərli deyib. Onun sözlərinə görə qəzalarda daha çox məsuliyyət piyadaların üzərinə düşür. "Piyadalar çox zaman yola qaçaraq çıxır, yaxud diqqətsizlik edirlər. Nəticədə də sonu ölüm və xəsarətlə nəticələnən yol-nəqliyyat hadisələri baş verir. Yol polisi olaraq dəfələrlə bu barədə müraciətlər etmişik. Eyni zamanda müstəqil ekspertlər də vətəndaşları qaydalara riayət etməyə çağırıb. Amma görünür ki, hələ də bəziləri bundan nəticə çıxarmayıb. Odur ki, real piyadavurma videolarını təqdim etməklə bir daha sürücü və piyadalara hadisələri real şəkildə göstərməyi və bununla da baş verə biləcək qəzaların qarşısını almağı düşünürük."
Nəqliyyat eksperti Elməddin Muradlı isə hesab edir ki, piyadavurma hadisələrində sürücülər qədər piyadalar da məsuliyyətli olmalıdır. "Çox zaman yeraltı və yerüstü keçidlər olduğu halda piyadalar yüksəksürətli yollardan keçir. Bu da nəticədə qəzalara səbəb olur. Belə hallarda saatda 100-lə gələn sürücünü də qınamaq olmur. Çünki qəfil qarşısına adam çıxır."
Elməddin Muradlı hesab edir ki, maarifləndirmə işlərinə müxtəlif təşkilatlar da qoşulmalıdır. "Dəfələrlə müraciət olunub. Amma nədənsə bu sahədə ciddi işlər görülmür. Müxtəlif layihələrin həyata keçirilməsi, sosial çarxların hazırlanması vacibdir."
Biz də Avtosfer.az olaraq mütamadi şəkildə piyadavurma videolarını yayımlayacağıq. Məqsədimiz buna baxan insanların daha məsuliyyətli olmasıdır. Buyurun baxın və nəticə çıxarın.

Fərid

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man