Bakıda avtomobili olmayan qadına cərimə yazılıb. Avtosfer.az xəbər verir ki, bu barədə həmin qadının bacısı Rəfiqə Məmmədzadə məlumat verib. O bildirib ki, bacısının maşını olmadığı halda ona İnzibati Xətalar Məcəlləsinin 346.1-ci (Dayanma və ya durma qaydalarını pozmağa görə) maddəsi ilə 20 manat cərimə olunması barədə mesaj gəlib.
Yaranmış anlaşılmazlıq barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev Lent.az-a danışıb. Onun sözlərinə görə, cərimələr mərkəzi informasiya sistemindəki məlumatlar əsasında yazılır: “Həmin qadının adına cərimə yazılması əslində BNA-nın problemi deyil. Ona görə də onun adına əvvəllər maşın alınması, kiməsə etibarnamə verməsi dəqiqləşdirilməlidir”.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man