Hollivud ulduzu Ancelina Coli yeni filminin bəzi ölkələrdə qadağan edilməsinə münasibət bildirib.
Sfera.az-ın məlumatına görə, Səudiyyə Ərəbistan, Qətər və Küveyt aktrisanın "Eternals” filmində homoseksual əlaqələrin olduğu bəzi səhnələrin çıxarılmasını istəyib, lakin "Disney” şirkəti bu tələbi rədd edib.
200 milyon dollarlıq filmdə döyüşçü "Thena” obrazını canlandıran Coli bununla bağlı danışarkən, tamaşaçılar üçün üzgün olduğunu və sözügedən səhnələrin kəsilmədiyindən qürur duyduğunu vurğulayıb. O, sözlərinə belə davam edib:
"Mən hələ də başa düşə bilmirəm ki, bugünkü dünyada insanlar Fastosun ailəsinin və münasibətlərinin gözəlliyini və sevgisini necə görə bilmirlər. Onlar buna necə qəzəblənirlər, özlərinə qarşı təhdid kimi qiymətləndirirlər, yaxud bunu təsdiq etmirlər. Bu cahillikdir”.
Qeyd edək ki, filmdə amerikalı aktyor Brian Henrinin canlandırdığı Fastos və livanlı aktyor Haaz Sleimanın canlandırdığı obrazlar homoseksual münasibət yaşayırlar.
Türkan
Sfera.az