İşığın qiyməti qalxdı, tunel qaranlığa büründü:sürücülər təhlükədə - VİDEO

Nəqliyyat TV 04 Noyabr 2021 | 12:24
OXUNUB: 1912

Bakıda sürücülərin ən çox istifadə etdiyi Ziya Bünyadov prospektindəki tunel qaranlığa qərq olub. Avtosfer.az xəbər verir ki, 20 Yanvar dairəsindən Ziya Bünyadov prospektinə gedən zaman ilk tuneldə işıqlandırma çox aşağı səviyyədədir. Daha çox günün işıqlı vaxtında sürücülər təhlükə ilə üzbəüz qalır. Belə ki, işıqdan qəfil qaranlıq tunelə daxil olan sürücü qarşıdakı avtomobili görməkdə çətinlik çəkir. Çünki qəfil işıqdan qaranlığa girmək müəyyən adoptasiya tələb edir. 
Tuneldə isə işıqlandırma çox zəif təşkil olunub. İstifadə edilən lampalar sanki qənaətə hesablanıb. Amma əvvəllər tuneldə bu cür vəziyyət yox idi. Aidiyyəti qurumlar bu məsələyə təcili müdaxilə etməlidir. Çünki həmin tuneldə qəza baş verərəsə saatlarla tıxac yaranır ki, bu da ciddi problemlərə səbəb olur.

Ərazidən çəkilmiş video və fotoları təqdim edirik:

 

Fərid

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man