Bəzi sosial şəbəkələrdə Nərimanov rayon sakini Həmidzadə Elnur Nasir oğlunun guya saxta alkotesterlə sürücüləri şərləyən YPX əməkdaşlarından DİN rəhbərliyinə şikayət etməsi ilə bağlı məlumatlar yayılıb.
Məsələ ilə bağlı Avtosfer.az-a açıqlama verən Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, həqiqətən də həmin vətəndaş şikayətində göstərdiyi ünvanda 90 LT 938 dövlət nömrə nişanlı avtomobil ilə hərəkət edərkən 99 YP 372 dövlət nömrə nişanlı YPX avtomobilində xidmət aparan əməkdaşlar tərəfindən saxlanılıb. “Sürücünün sərxoş halda avtomobil idarə etməsi inspektorlarda əsaslı şübhə yaradıb. Sürücü alkotester vasitəsilkə yoxlanılıb və sərxoş olduğu təsdiqlənib.”
Polis polkovniki qeyd edib ki, sürücünün idda etdiyi kimi alkotester saxta deyil və müvafiq sertifikatı var. “Bu alkotesterlərin rəsmi sertifikatı var və yol polislərinin istifadəsinə verilib. Həmçinin sürücü ilə inspektor arasında olan danışıqlar və hərəkətlər texniki vasitələrlə qeydə alınıb. Sürücü özü protokola səmimi etirafını qeyd edib. Bildirib ki, həqiqətən spirtli içki qəbul edib.”
Vaqif Əsədov qeyd edib ki, sürücü barəsində tolpanmış materiallar adidiyyəti üzrə məhkəməyə təqdim edilib. “Görünür ki, sürücü məsuliyyətdən yaxa qurtarmaq üçün müvafiq addım atıb. Bir daha bildirirk ki, yol polisi tam qanunauyğun şəkildə fəaliyyət göstərib və deyilənlər sadəcə DYP=nin işgüzar nüfuza xələl gətirməyə hesablanıb.”
Fərid
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man