Bu yolda qayda-qanun sayan yoxdur:DYP təcili tədbir görməlidir - VİDEO

İctimai nəqliyyat 03 Noyabr 2021 | 11:35
OXUNUB: 1843

Bir müddət əvvəl paytaxtın Biləcəri yolu kimi tanınan ərazisində qaydaları kütləvi şəkildə pozan sürücülər barəsində məlumat vermişdik. Oxuculardan biri yenidən Avtosfer.az-ın redaksiyasına videolar göndərib. Ardıcıl olaraq əks istiqamətə çıxıb təhlükə yaradan və qaydaları pozan 7 sürücü kameraya düşüb.

Oxucumuz qeyd edir ki, adıçəkilən yolda hər gün pik saatlarda eyni durum yaşanır. Tıxac yaranır və sürücülər qaydaları pozmaqda davam edirlər. Belə ki, əks istiqamətdə, qarşı yola çıxaraq digər sürücülərin önünü kəsir, daha sonra isə zolağa qayıtmaq istəyirlər. Nəticədə tıxac bir az da genişlənir. Vətəndaşlar bildirir ki, Dövlət Yol Polisi ərazidə təcili tədbirlər görməli və qayda pozan sürücüləri cəzalandırmalıdır. Çünki, bu yolda qaydaları ümumiyyətlə sayan yoxdur. Videonu təqdim edirik. Ümid edirik ki, DYP bununla bağlı ciddi tədbirlər görəcək və ərazidə tıxac yaradan və əks istiqamətə çıxan sürücülər cəzalandırılacaq. 

Qayda pozan sürücülərin siyahısı:

99-DC-563 - OPEL
10-VY-791  -  KİA
99-OH-322  - KİA
90-NB-937  -  VAZ 2107
99-KA-706  - MERSEDES
99-PG-405  - PİKAP
99-DJ-894  - MERSEDES

Fərid

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man