Ramil Usubov Ramiz Mehdiyevdən yazmamaq üçün baş redaktora nə vəd EDİBMİŞ...

04 Noyabr 2021 | 13:04
OXUNUB: 1000
Jurnalist Əvəz Zeynallının "Selcanın məmləkəti” kitabında maraqlı faktlar yer alıb.

Sfera.az xəbər verir ki, kitabın 63-cü səhifəsində qeyd olunub ki, Prezident Adminstrasiyasının o vaxtki rəhbəri Ramiz Mehdiyev barəsində mütəmadi yazılar dərc edən Əvəz Zeynallıya Daxili işlər naziri, general-polkovnik Ramil Usubov elçi düşübmüş. Ə. Zeynallını qəbul edən Ramil Usubov jurnalistə Ramiz Mehdiyev barəsində yazıları dayandırmağı xahiş edir. O, bunun müqabilində Ə. Zeynallını Prezident Adminstrasiyasının rəhbəri ilə görüşdürəcəyini vəd edir.
Maraqlısı odur ki, bu görüşdən 2 ay keçəndən sonra Əvəz Zeynallı həbs edilir.

Əvəz Zeynallı Unikal.org-a açıqlamasında maraqlı bir faktı da açıqlayıb. Jurnalistin sözlərinə görə, o həbsdə olarkən  Daxili işlər naziri Ramil Usubov aralarında olan söhbəti məhkəmədə açıqlamamaq üçün cəzaçəkmə müəssisəsinə öz adamını da göndəribmiş.

Xatırladaq ki, "Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı rüşvət almaq ittihamı ilə  2011-ci ildə keçmiş deputat Gülər Əhmədovanın şikayətinə görə həbs olunmuşdu.

O,  2014-cü ildə prezident İlham Əliyevin imzaladığı sərəncamla əfv olunub.
 
(unikal.org)
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man