Metroda sərnişinlərə hücum edən yapon “Joker”i təqlid etdiyini deyib - VİDEO

Maraqlı 02 Noyabr 2021 | 09:45
OXUNUB: 1146

Yaponiya paytaxtında metro qatarında insanlara hücum edən Kyota Hattori adlı gənc “Joker”i (komikslərdən “Betmen”in düşməni) təqlid etdiyini deyib.

Onun sözlərinə görə “Joker” kimi görünməyə və eyni adlı filmdə caninin qatarda insanlara hücum etdiyi səhnəni təkrarlamağa cəhd edib.

“Ekspress qatarı seçdim, çünki adam çoxdu, stansiyalar arasında böyük intervallar olması insanların qaçmasını çətinləşdirəcəkdi, səyahət vaxtı isə uzun idi”, - deyə Hattori izah edib.

 

Şübhəli heç kəsi öldürə bilmədiyi üçün təəssüfləndiyini vurğulayıb.

Xatırladaq ki, hadisə oktyabrın 31-də baş verib. Naməlum şəxs qatarda bıçaqlı hücum həyata keçirdikdən sonra alışqan maye (ehtimal ki, xlorid turşusu ilə) ilə oturacaqları yandırıb. Hadisə nəticəsində 17 nəfər yaralanıb, onlardan biri – yaşlı kişi hələ də huşsuz vəziyyətdədir.

Yerli polis şübhəlini saxlayıb, o heç bir müqavimət göstərməyib.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man