"Xankəndidəki şər yuvası yerli-dibli yox edilməlidir” – Politoloq

03 Noyabr 2021 | 15:35
OXUNUB: 1123
"Xankəndidə ilk Azərbaycanşünaslıq Mərkəzinin açılışı olub. İlk başda qulağa xoş gəlsə də, reallıq bambaşqadır. Məsələ ondadır ki, bu mərkəzin məqsədi Azərbaycana qarşı informasiya savaşında iştirak etmək üçün yeni kadrlar yetişdirməkdir. Ən qısa müddət ərzində mərkəzin fəaliyyəti dayandırılmalıdır. Mərkəz adı altında fəaliyyət göstərən bu şər yuvası məhv edilməlidir”. 
 
Bu sözləri Sfera.az-a açıqlamasında politoloq Qabil Hüseynli deyib.

O, bildirib ki, Azərbaycanşünaslıq Mərkəzi "Genesis Armenia” fondunun təşəbbüsü ilə yaradılıb:

"Bu həmin "Genesis Armenia” fondudur ki, Avropada yaşayan ermənilər tərəfindən maliyyələşir və 44 günlük müharibə gedişində də Qərbdən ermənilərə yardım edilməsində əsas funksiyanı icra edirdi. Bu gün isə fond öz növbəsində Qarabağda yetişməkdə olan gənc ermənilərin yenidən revanşist müharibə psixologiyasında yetişməsi üçün belə bir addım atır. 

Ümumiyyətlə, Xankəndidə bir Azərbaycanşünaslıq Mərkəzinə ehtiyac var, lakin bu formada olmamalıdır. Mərkəz antiazərbaycan təbliğatı edib Azərbaycana qarşı informasiya savaşında iştirak etmək üçün yeni kadrlar yetişdirməlidir. Bunun qarşısı ən qısa zamanda alınmalıdır. 

Qarabağda yaşayan ermənilər anlamalıdır ki, bu kimi addımların onlara heç bir faydası olmayacaq. Erməni gənclərini düşmənçilik, revanşizm ruhunda yetişdirmək regionda sülhə, sabitliyə atılmış addım ola bilməz.  Azərbaycan ərazisində yaşamaq istəməyən ermənilər Ermənistana və ya dünyanın istənilən nöqtəsinə köçüb gedə bilər. Qalanlar isə istənilən halda Azərbaycan qanunları ilə yaşamağa məcburdur. O ki qaldı Xankəndidə açılan Azərbaycanşünaslıq Mərkəzinə deyə bilərəm ki, müvafiq xəbərdarlıqlardan sonrada mərkəz fəaliyyətini dayandırmasa, onu "dəmir yumruq"la yerli-dibli yox edə biləcək qüdrətə sahibik”.

Turan Rzayev
Sfera.az
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man