Almaniyada qayda pozmaq neçəyə başa gəlir? - ŞOKA SALAN CƏRİMƏLƏR

Nəqliyyat xəbərləri 02 Noyabr 2021 | 09:09
OXUNUB: 478

Almaniyanın yolları və avtomobilləri haqqında yerli KİV-də çox sayda xəbər yayılıb. Artıq hər bir yetkin azərbaycanlıda bu ölkə barədə kifayət qədər təsəvvür formalaşıb. Lakin yerli mediada hazırlanan xəbərlərdə bu ölkədəki yol hərəkəti qaydaları haqqında məlumatlar ümumi və səthidir. Bu səbəbdən biz, Avtosfer.az olaraq detallara diqqət yetirəcəyik.

Beləliklə, sözü uzatmadan keçək mətləbə.

SÜRƏT HƏDDİNİ AŞMA

Sürət həddini 10 km-dək aşmaya görə cərimə şəhərdə 30, magistralda isə 20 avro müəyyən edilib. Sürət artdıqca cərimə məblıəği də artır. Bu hədd 70 km/saatı keçdikdə cəza 680 avro cərimə və sürücülük hüququnun 3 ay məhdudlaşdırılması olur. 

Xatırladaq ki, Almaniyada bizdən fərqli olaraq radarların xətası 3 km/saat müəyyən edilib və bütün yollar obrazlı desək radarla doludur. Üstəgəl, ağıllı radar sistemi sayəsində radarı gördükdə sürəti azaldaraq keçdikdən sonra artırmaq fəndi işə yaramır.

PARKLAMA

2 avtomobilin yerini tutma – 10 Avro

Avtobus, velosiped, piyada yolunda, yanğın çıxışında, ikinci cərgədə, elektromobil və ya məhdud hərəkət qabiliyyətli şəxslər üçün ayrılmış yerdə parklama – 55 avro

Parklama müddətini aşma 20-40 avro

ALKOQOL VƏ NARKOTİK VASİTƏDƏN İSTİFADƏ

NV-ni alkoqol və ya narkotik sərxoşluğu vəziyyətində idarəetmə - 500 avro + sürücülük hüququnun 1 ay məhdudlaşdırılması

TELEFONDAN İSTİFADƏ

Sürücü – 100 avro

Velosipedçi – 55 avro

ARA MƏSAFƏSİ

Sürət 80 km/saatadək olduqda – 75 – 320 avro

80 – 100 km/saat arası - 75 – 320 avro

100 km/saatdan yuxarı – 100 – 400 avro

ÖTMƏ

Təhlükəli və ya sağdan  ötmə - 100 avro

Ötmək qadağandır nişanının tələbinə əməl etməmə - 150 avro

QIRMIZI İŞIQ

Dayanma xəttini keçmə - 90 avro. Bu qayda pozuntusu qəzaya səbəb olduqda cəza 320 avro müəyyən edilib.

Qırmızı işıqda keçmə: 200 avro + sürücülük hüququnun 1 ay məhdudlaşdırılması. Eyni hal qəzaya səbəb olduqda cərimə 320 avroya qalxır.

DAYANMA VƏ DURMA

İkinci xətdə, piyada və ya velosiped yolunda dayanma  - 55 avro. Bu xəta nəticəsində qəza baş verərsə cəza 100 avroya qalxır.

Yol kənarında əsassız dayanma  - 20 avro

TƏHLÜKƏLİ DAVRANIŞ

Piyadaları və ya məhəllə sakinlərini narahat edən hərəkətlərə görə sürücü 60 avroyadək cərimə ödəməyə məcbur olur.

Təbii ki bunlar tam siyahı deyil. Amma alman hüquq sistemində sürücünün törətdiyi xəta zamanı situasiya da nəzərə alınaraq cərimə məbləği artırıla bilər.

PS. Avropada 2015-ci ildən tətbiq edilən sistemlə başqa ölkədə xəta törədən sürücü evinə çatanadək elektron bildiriş gəlir. Bu səbəbdən başqa dövlətin ərazisinə girən sürücü də qayda-qanuna əməl etyməyə məcburdur.

 

Vüqar Yaşaroğlu

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man