Minik, yoxsa yük maşını?- Təhlükə yaradan sürücü - VİDEO

Nəqliyyat TV 01 Noyabr 2021 | 23:00
OXUNUB: 769

Sürücü minik avtomobilinin üzərində daşıdığı yük ilə yolda olan digər sürücülər üçün təhlükəli vəziyyət yaradıb. Təsəvvür edin, avtomobilin üzərində daşınan yüklər yəni armaturlar o qədər uzun olub ki,sürücü həmin armaturları maşının üzərində yolun asfalt hissəsinə sürtə-sürtə aparıb. Qaydaları pozan həmin sürücünü hansı cəza  gözləyir ?

Avtosfer.az xəbər verir ki, minik avtomobilinin üzərində təxminən 8-10 metr uzunluğunda olan metal yükü daşıyır.Arxada hərəkətdə olan avtomobilin sürücüsü isə bu təhlükəni nəzərə alıb ara məsafəsi saxlayaraq hərəkət edir...

50 DU 695 dövlət qeydiyyat nişanı olan minik avtomobilinin sürücüsünün pozduğu bu qayda pozuntusu Gəndob-Yalama yolunun Xaçmaz rayonunun Çinartala kəndindən keçən hissəsində qeydə alınıb.

Avtomobillərin daha çox istifadə etdiyi  bu yolda sürücünün bu hərəkəti təhlükəli vəziyyət yaradıb.Həmin sürücü avtomobilin üzərində uzunluğu təxminən 8-10 metr ölçüdə olan artmaturları asfalat yolun üzərinə sürtə-sürtə aparır.Görüntülərdən də aydın görünür ki,həmin armaturlar  hər an yolun hərəkət hissəsinə dağıla və digər sürücülər üçün təhlükəli vəziyyət yarada bilər.

Qeyd edək ki, bu formada yük daşımayan sürücülər 40 manat cərimə olunurlar.

Leyla

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man