Kanat qırıldı, bələdçi öldü - kabinədə olan 15 nəfər isə ...

Yol qəzaları 31 Oktyabr 2021 | 20:51
OXUNUB: 1139

Çexiyanın şimal-qərbində dəniz səviyyəsindən 1012 metr hündürlükdə yerləşən Yeşted dağına birləşdirilmiş kanatda ölümlə nəticələnən qəza baş verib.

APA “Çex TV”yə istinadən xəbər verir ki, kanatın qırılması səbəbindən kabinədə olan bələdçi hadisə zamanı ölüb.

Paralel kabinədə isə 15 sərnişin olub. Xilasedicilərin köməkliyi ilə onlar yerə endiriliblər. Xəsarət alan olmayıb.

Xilasetmə xidmətinin əməkdaşı David Korjink bildirib ki, hazırda hadisə zamanı şok keçirən sərnişinlərə psixoloji yardım göstərilir.

Qeyd edək ki, sözügedən kanat 1933-cü ildən fəaliyyət göstərir. Ötən illərdən bəri belə bir qəzanın ilk dəfə qeydə alındığı bildirilib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində qəzanın başvermə səbəblərini araşdırır.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man